Avropa
Tərəvəz qıtlığı Avropa nəhəngini CƏNGİNƏ ALDI - Qiymətlər “əl yandırır”
Böyük Britaniyada quraqlıq və anomal isti hava şəraiti fonunda tərəvəz qıtlığı yaranıb.
Publika.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
Bir çox fermerlər isti hava səbəbindən kənd təsərrüfatı məhsullarının yetişdirilməsində ciddi çətinliklərlə üzləşirlər. Hətta təsərrüfatlarında suvarma sistemləri və su anbarları olan fermerlər də su çatışmazlığından əziyyət çəkirlər. Nəticədə ölkədə pomidorun topdansatış qiyməti 60 faizdən çox, kahı 90 faiz, kartof isə 40 faizdən artıq bahalaşıb.
Böyük Britaniyada buğda, kartof, pomidor, zeytun və yerli noxudun məhsuldarlığı azalıb. Brokkoli və gül kələmi isə artıq İspaniya və Niderlanddan idxal olunur. Bəzi fermerlər daha isti iqlimə davamlı bitki sortlarına keçməyi nəzərdən keçirirlər.
Böyük Britaniyanın aparıcı supermarket şəbəkələrinin rəhbərləri Baş nazir Endi Börnhema müraciət edərək meşə yanğınları və ekstremal hava şəraitinin ölkənin ərzaq təhlükəsizliyi üçün ciddi risk yaratdığı barədə xəbərdarlıq ediblər. Ərzaq istehsalçıları və topdansatış şirkətləri hökuməti ərzaq sistemini milli prioritet elan etməyə və idxaldan asılılığı azaltmağa çağırıblar.
Restoranlar və katerinq şirkətləri üçün ərzaq məhsulları təchiz edən "Nationwide Produce" şirkətinin rəhbəri Tim O'Mellinin sözlərinə görə, isti havadan ən çox açıq sahələrdə yetişdirilən yarpaqlı tərəvəzlər, brokkoli və aysberq kahısı zərər görüb. İlin bu dövründə əsasən Niderland və Belçikadan Böyük Britaniyaya idxal olunan pomidor istehsalı da davamlı yüksək temperatur səbəbindən çətinləşib. Bu isə meyvələrin ölçüsünün kiçilməsinə və zədələnməsinə gətirib çıxarıb.
İyunun sonlarında Avropada müşahidə olunan ekstremal isti hava dalğası zamanı bir gün ərzində eyni vaxtda 60 temperatur rekordu qeydə alınıb. Tarixi maksimum temperatur göstəriciləri Böyük Britaniya, Çexiya, Slovakiya, Monteneqro, Serbiya, Rumıniya, Albaniya, Polşa, Xorvatiya, Macarıstan, Niderland, İsveçrə, Lüksemburq, İsveç, Danimarka, Fransa, Almaniya, Avstriya və İtaliyada qeydə alınıb.
Hüseyn İbadlı
-
Magazin222:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda
-
Region22:24"Kaşif Kozinoğlu işi" böyüyür - Daha 4 nəfər həbs edildi
-
Magazin220:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
-
MDB19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq18:48Ürək üçün ən faydalı üç qida
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar










.jpg)




















.jpg)



