Avropa
Quraqlıq böyük sirri üzə çıxardı: 81 il əvvəl batırılan hərbi gəmilər...
Avropada müşahidə olunan güclü istilər və quraqlıq nəticəsində Dunay çayında suyun səviyyəsi kəskin azalıb. Bu səbəbdən Serbiyanın Praxovo şəhəri yaxınlığında İkinci Dünya müharibəsindən qalma Almaniya hərbi gəmilərinin qalıqları yenidən üzə çıxıb.
Publika.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
Bildirilib ki, həmin gəmilər Almaniyanın Qara dəniz donanmasına məxsus olub. 1944-cü ildə sovet qoşunlarının irəliləməsi fonunda geri çəkilən alman hərbçiləri yüzlərlə gəmini düşmənin əlinə keçməsin deyə qəsdən Dunayda batırıblar.
Su səviyyəsinin enməsi nəticəsində bəzi gəmilərin gövdələri, üst qurğuları və digər konstruksiya hissələri yenidən görünməyə başlayıb. Mütəxəssislərin sözlərinə görə, batmış gəmilərin bir hissəsində hələ də döyüş sursatı və partlayıcı maddələr qala bilər ki, bu da gəmiçiliyə ciddi təhlükə yaradır.
Qeyd olunub ki, son illərdə Avropada davam edən quraqlıq nəticəsində çayların dibində gizlənən müxtəlif tarixi obyektlər - hərbi gəmilər, qədim qayıqlar və arxeoloji tapıntılar dəfələrlə üzə çıxıb.
Qalıqların mərhələli şəkildə ərazidən çıxarılması planlaşdırılır.
Müəllif: Adəm
-
Magazin222:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda
-
Region22:24"Kaşif Kozinoğlu işi" böyüyür - Daha 4 nəfər həbs edildi
-
Magazin220:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
-
MDB19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq18:48Ürək üçün ən faydalı üç qida
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar









.jpg)






















.jpg)



