Avropa
Ağ Evdəki qapalı görüşün şifrələri - Zelenski detalları açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 28-də Vaşinqtonda ABŞ lideri Donald Trampla keçirilən qapalı görüşdə real diplomatiya üçün şərtləri müzakirə etdiyini bildirib.
Publika.az xəbər verir ki, siyasətçi bu təfərrüatları özünün "Telegram" kanalında dərc olunan axşam müraciəti zamanı açıqlayıb.
"Vaşinqtondakı görüşdə real diplomatiya üçün yeni şərtlərin necə yaradıla biləcəyindən danışdıq. Biz bunu həyata keçirməyə çalışırıq", - o vurğulayıb.
Zelenski təfərrüatları açıqlamadan, yaxın vaxtlarda Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin fəallıq göstərəcəyinə ümid etdiyini bildirib. Ukrayna lideri həmçinin ABŞ prezidentinin komandası ilə daimi təmasda olduqlarını bəyan edib.
Tramp və Zelenski iyulun 28-də Ağ Evdə görüşüblər, görüş mətbuat üçün qapalı olub. Ukrayna Prezidenti amerikalı həmkarı ilə "Patriot" sistemləri üçün irsihücum raketlərinin istehsalını müzakirə etdiyini bildirib. Görüşdən sonra Kuşner və Uitkoffun da yaxın vaxtlarda Kiyevə səfər edə biləcəyi məlum olub, Zelenski sonradan bunu təsdiqləyib.
Hüseyn İbadlı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq











.jpg)





















