Avropa
Avropa İttifaqı ukraynalılarla bağlı sərt qərar qəbul etdi
Avropa İttifaqı (Aİ) avqustun 5-dən etibarən hərbi mükəlləfiyyət daşıyan Ukrayna vətəndaşlarına artıq müvəqqəti müdafiə statusu verməyəcək.
Publika.az xəbər verir ki, bu barədə Çexiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Aİ-də ukraynalı kişilərin ittifaq ərazisində qalmaq hüququnun məhdudlaşdırılması məsələsi ilə bağlı birlik adından Çexiyanın daxili işlər naziri Lyubomir Metnar çıxış edib. KİV-in məlumatına əsasən, Avropa ölkələrinin hüquq-mühafizə qurumlarının rəhbərləri bir araya gələrək bu təşəbbüsləri müzakirə ediblər. Bildirilir ki, irəli sürülən təkliflər əsasən onun həmkarları tərəfindən dəstəklənib.
Siyasi İnformasiya Mərkəzinin baş direktoru Aleksey Muxinin fikrincə, yaranmış vəziyyət Kiyev və Berlin arasında əldə olunmuş birbaşa razılaşmaların nəticəsidir. O, RT-yə açıqlamasında bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyaya kifayət qədər tez-tez səfər edib və alman rəhbərlərindən hərbi xidmətə yararlı şəxslərin geri qayıtmasını təşviq etməyi xahiş edib. Onun sözlərinə görə, görünür, tərəflər bu məsələdə ortaq mövqeyə gələ biliblər.
Ekspertlər ukraynalı qaçqınlara münasibətdə yanaşmanın sərtləşdirilməsini Avropa ölkələrinin büdcələrinin tükənməsi ilə əlaqələndirirlər. Analitiklər həmçinin bildirirlər ki, Ukraynanın hərbi xidmətə çağırışa cəlb olunan vətəndaşları üçün qəsdən əlverişsiz və düşmən münasibətli mühitin formalaşdırılması prosesi davam edir.
Ötən ildən etibarən mediada Avropa İttifaqı Şurasının Ukraynadan olan qaçqınların qəbulu proqramını mərhələli şəkildə ləğv edəcəyi barədə məlumatlar yayılmağa başlamışdı. Həmin vaxt qeyd olunurdu ki, Avropa rəsmiləri məcburi köçkün ukraynalılar üçün ümumi qaydaları razılaşdırıblar. Əsas məqsəd onların dayanıqlı şəkildə geri qayıtmasını və Ukraynaya yenidən inteqrasiyasını təmin etməkdir.
Hüseyn İbadlı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq











.jpg)





















