Avropa
Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatı yayıldı
İyul ayında Avstriyanın paytaxtı Vyanada Böyük Britaniya, Almaniya, Fransa və Rusiyadan olan yüksək vəzifəli təqaüdçü siyasətçilər və diplomatların qeyri-rəsmi görüşü keçirilib.
Publika.az xəbər verir ki, əsas müzakirə mövzusu Ukraynadakı münaqişənin gələcəkdə sülh yolu ilə həlli üçün mümkün parametrlər olub.
"Bloomberg" agentliyinin məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, iştirakçılar arasında Britaniya Baş nazirinin keçmiş milli təhlükəsizlik müşaviri Tim Barrou, Almaniya Xarici İşlər Nazirliyinin keçmiş dövlət katibi və Aİ-nin Moskvadakı keçmiş səfiri Markus Ederer və keçmiş yüksək vəzifəli fransız diplomatı və Aİ nümayəndəsi Pyer Vimont da olub.
Agentliyin mənbələri görüşdə iştirak edən Rusiya nümayəndələrinin adlarını açıqlamaqdan imtina ediblər.
Rəsmi qurumlar müxtəlif cür cavab veriblər. Barrou və Fransa Xarici İşlər Nazirliyi şərh verməkdən imtina ediblər. Almaniya Xarici İşlər Nazirliyi bu cür danışıqlardan xəbərsiz olduğunu və danışıqlarda iştirak etmədiyini bildirib və görüşün nazirliyin iştirakı olmadan keçirildiyini əlavə edib.
Müəllif: Tural
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"











.jpg)






















