Avropa
Almaniyada qalmaqal böyüyür: Bu, demokratiya deyil, diktaturadır
Almaniyada sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının qadağan edilməsi ilə bağlı müzakirələr Avropada yeni siyasi qalmaqal yaradıb.
Publika.az xəbər verir ki, bunu Fransanın sağçı "Patriotlar" partiyasının lideri Florian Filippot "X" sosial şəbəkəsində yazıb.
O bildirib ki, AfD-ni qadağan etmək cəhdləri demokratiyanın müdafiəsi deyil, əksinə, diktaturaya aparan yoldur.
"Bu, diktaturadır! Milli suverenliyi müdafiə edən, Rusiya ilə müharibəyə, senzura siyasətinə və COVID dövrünün məhdudiyyətlərinə qarşı çıxan "Almaniya üçün Alternativ" partiyasını guya "demokratiyanı xilas etmək" adı ilə qadağan etmək istəyirlər", - deyə Filippot vurğulayıb.
Fransalı siyasətçi hesab edir ki, bu cür təşəbbüslər Avropada "avrofaşizm"in gücləndiyini göstərir. Onun sözlərinə görə, AfD-nin ictimai rəy sorğularında artan populyarlığı Almaniyanın hakim siyasi dairələrini təşvişə salıb.
Adəm
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"











.jpg)






















