Avropa
ABŞ aviasiya bombası Almaniyada iki telekanalın fəaliyyətini pozdu
Kölndə Reyn çayında İkinci Dünya müharibəsi dövrünə aid ABŞ istehsalı olan aviasiya bombasının aşkarlanmasından sonra RTL və NTV televiziya yayım mərkəzi təxliyə edilib.
Publika.az xəbər verir ki, bu barədə yerli "T-Online" nəşri məlumat yayıb.
Çəkisi 500 kiloqram olan sursat ötən axşam Doyts rayonunda, Reynparkın qarşısında aşkar edilib. Şəhər hakimiyyəti tapıntının olduğu ərazidən 400 metr radiusda təxliyə təşkil edib. Təxliyə nəticəsində azı 360 nəfər təhlükəsiz əraziyə köçürülüb, eyni zamanda döyüş sursatının zərərsizləşdirilməsinə hazırlıq işlərinə başlanılıb.
Ofisləri təxliyə zonasına düşən televiziya kanalları yayım cədvəllərində dəyişiklik ediblər. Belə ki, “RTL Aktuell” proqramı saat 18:45-də Berlin studiyasından yayımlanacaq, NTV isə təxliyə zonasının dərhal kənarında yerləşən Hyatt otelinin qarşısındakı mobil studiyaya köçəcək. Bəzi proqramlar operativ şəkildə arxiv materialları ilə əvəz olunacaq.
Teleaparıcı Angela Finger-Erben canlı yayım zamanı deyib: “Burada hamımız özümüzü bir qədər narahat hiss edirik.”
Şəhər hakimiyyəti sakinləri təxliyənin gedişi, aşkarlanan sursatın zərərsizləşdirilməsi planları, avtomobil yollarının bağlanması, alternativ hərəkət marşrutları və yaranacaq tıxaclar barədə mütəmadi məlumatlandıracağını bildirib.
Hüseyn İbadlı
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"











.jpg)






















