Avropa
Yenidən anomal istilik dalğası gəlir - Xəbərdarlıq edildi
Fransada 2026-cı ilin yay mövsümündə sayca beşinci anomal istilik dalğası müşahidə olunacaq.
Publika.az xəbər verir ki, ölkə mediasının hava proqnozlarına istinadən yaydığı məlumata görə, yaxın günlərdə ölkəni dəhşətli istilər bürüyəcək.
Ölkənin cənubunda havanın temperaturu ən azı 40 dərəcəyədək yüksələcək.
Temperatur avqustun 11-dən etibarən artmağa başlayacaq. Avqustun 12-dən etibarən Bretan, La-Manş sahillərinin bir hissəsi (qərb) və Akvitaniyanın cənubu (cənub-qərb) istisna olmaqla, demək olar ki, bütün ölkə ərazisində havanın temperaturu 30 dərəcəni ötəcək. Avqustun 13-də isə Fransanın şərq bölgələrində temperaturun 40 dərəcəyədək yüksələcəyi gözlənilir.
Fransa Milli Meteorologiya Xidməti Parisdə 32, Lionda 35, Tuluzada 36, Montelimarda (cənub-şərq) isə 39 dərəcəyədək isti olacağını proqnozlaşdırır.
İstilərin avqustun 15-dək davam edəcəyi barədə xəbərdarlıq edilir.
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"











.jpg)






















