Avropa
Vətəndaşlıq almaq istəyənlər xüsusi imtahan verəcəklər - Bu ölkədən YENİ TƏLƏB
2027-ci ilin mart ayından etibarən Finlandiya vətəndaşlığı almaq istəyənlər xüsusi imtahan verməli olacaqlar.
Publika.az xəbər evrir ki, bu barədə "Yle" məlumat yayıb.
Media şirkəti yerli immiqrasiya xidmətinə istinad edib. Qurumun məlumatına görə, Finlandiya pasportu almaq istəyənlər iddiaçının Finlandiya cəmiyyətini nə dərəcədə yaxşı tanıdığını və başa düşdüyünü nümayiş etdirəcək testdən keçməlidirlər. İmtahanın hazırlanması Helsinki Universitetinə həvalə olunacaq.
Qeyd olunub ki, testin məqsədi şəxsin ölkədə yaşaya və onun qaydalarına uyğun hərəkət edə biləcəyini müəyyənləşdirməkdir. Xüsusilə, söhbət qanunvericiliyin əsas məqamlarından, insan hüquqlarından, bərabərlik məsələlərindən, eləcə də Finlandiya tarixindən və mədəniyyətindən gedəcək. İmtahanı 18 yaşından 65 yaşınadək olan şəxslər verəcəklər. Fin və ya isveç dilində ali və ya orta təhsil haqqında sənədi olanlar isə bu imtahandan azad ediləcəklər.
Bu yenilikləri tənqid edən Finlandiya solçuları testdən keçmək üçün rüsumun alındığına diqqət çəkiblər. Bu, qeyri-bərabər şərait deməkdir. Bundan əlavə, imtahanın yaxşı nəticələri insanın cəmiyyətin dəyərləri ilə həqiqətən tanış olduğuna və onlara uyğun gələcəyinə heç də zəmanət vermir.
Hüseyn İbadlı
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"











.jpg)






















