Avropa
Yaralı vəhşi qaban paytaxt metrosunda çaxnaşma yaratdı - VİDEO
Budapeşt metropoliteninin xəttlərindən birində sərnişinlər stansiyada yaralı çöl donuzunun peyda olması səbəbindən təxliyə ediliblər.
Publika.az xəbər verir ki, bu barədə Macarıstanın "Portfolio" xəbər portalı məlumat yayıb.
Bildirilib ki, əvvəlcə 60 kiloqramlıq heyvan ölkə parlamentinin qarşısındakı metro stansiyasının yaxınlığındakı çörək bişirmə sexlərinin birində görülüb. Sonra çöl donuzu işləməyən eskalatorlardan biri ilə "Layoş Koşut Meydanı" stansiyasının platformasına düşüb. Nəqliyyat polisinin əməkdaşı onu görüb və stansiyaya daxil olan qatarın maşinistinə məlumat verib. Bundan sonra təhlükəsizlik məqsədilə platformadakı sərnişinlərdən vaqonlara qayıtmaları xahiş olunub. Çöl donuzu qısa müddətliyə vaqonlardan birinə daxil olub, lakin bu zaman sərnişinlər xəsarət almayıblar.
Bundan sonra heyvan qatarı tərk edib, xidməti pilləkənlə relslərə düşüb, relslərin arasından sürünərək qatarın altına girib. Bu vaxt sərnişinlər təxliyə edilib, stansiya isə mühasirəyə alınıb. Çöl donuzu təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması xidmətinin əməkdaşları tərəfindən tutulub. Hadisə yerinə gələn baytar heyvanın yaralandığını müəyyənləşdirib.
Hüseyn İbadlı
-
Hadisə19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm
-
Region12:12Ermənistan-İran sərhədində körpünün tikintisinə nə vaxt başlanacaq? - Xəbər-ətər yoxdur
-
Nida Xəbər 10:27Bu ölkəyə də vizasız gedə biləcəyik
-
Dünya09:48Mayamidən İstanbula, oradan da İtaliyaya uçdu: Çantasından qurudulmuş baş çıxdı - FOTO


































.png)




