Avropa
Xorvatiyada qatarlar toqquşdu - Çox sayda sayda yaralı var
Xorvatiyada Sveti-İvan-Jabno və Qradets dəmir yolu stansiyaları arasında yük qatarı sərnişin qatarı ilə toqquşub.
Publika.az xəbər verir ki, bu barədə HRT məlumat yayıb.
Bildiirlib ki, qəza yerli vaxtla saat 10:00 radələrində baş verib.
Sərnişin qatarında 27 nəfər olub. Xorvatiya Səhiyyə Nazirliyinin məlumatına görə, altı sərnişin ağır, daha 13-ü isə yüngül xəsarət alıb. Zərərçəkənlərə Byelovar və Koprivnitsa xəstəxanalarında tibbi yardım göstərilib, bəzi yaralılar isə daha sonra Zaqreb tibb müəssisələrinə köçürülüblər.
Byelovar xəstəxanasına yeddi zərərçəkən qəbul edilib. Ən ağır xəsarət gənc qadına məxsus olub: o, reanimasiya şöbəsindədir, lakin onun vəziyyəti stabil qiymətləndirilir. Xəstəxana rəhbərinin sözlərinə görə, qalan altı pasiyent ciddi xəsarət almayıb.
Koprivnitsa-Krijevatsi jüpaniyasının rəhbəri Tomislav Qolubiç operativ işlərinə görə fövqəladə xidmətlərə təşəkkür edib. O, Krijevatsi və Cürjevatsi yanğınsöndürmə bölmələrini, eləcə də hadisə yerinə təqribən 50 yanğınsöndürən göndərən Sveti-İvan rayonunun könüllülərini xüsusi qeyd edib.
"Xüsusilə təşəkkür etmək istəyirəm həmin yerli sakinə ki, hadisə yerinə öz şəxsi yük maşını ilə birinci çatıb. Bu, fövqəladə xidmətlərə zərərçəkənlərə daha tez çatmağa və onlara yardım göstərməyə kömək edib", – deyə Qolubiç bildirib.
Xorvatiya Dəmir Yollarının nümayəndəsi Damir Lonçariç zərərçəkən sərnişinlərə və heyət üzvlərinə dəstək olduğunu bildirib. Onun sözlərinə görə, toqquşmanın səbəbləri və halları dəqiqləşdirilir.
Daha sonra qəza yerinə Xorvatiyanın baş nazirinin müavini və veteranların işləri üzrə nazir Tomo Medved gəlib. O da fövqəladə xidmətlərə peşəkar və məsuliyyətli işlərinə görə təşəkkür edib.
İlkin məlumatlara görə, qəzanın mümkün səbəbləri arasında texniki nasazlıq və insan səhvi nəzərdən keçirilir. Eyni zamanda, Medved vurğulayıb ki, yekun nəticələri istintaqın nəticələrinə əsasən səlahiyyətli orqanlar çıxarmalıdırlar.
Hüseyn İbadlı
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı











.jpg)





















