Avropa
Kiyevə niyə "Patriot" verilmir: "Milli maraqlara ziddir" deyildi
Finlandiyanın müdafiə naziri Antti Häkkänen ölkəsinin Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raket-tutucular vermək niyyətində olmadığını bildirib. Nazir vurğulayıb ki, bu addım ölkənin milli maraqlarına ziddir.
Publika.az xəbər verir ki, şənbə günü “Ilta-Sanomat” qəzetinə müsahibə verən Häkkänen qərarı belə əsaslandırıb: “Biz müttəfiqlərimiz naminə əlimizdən gələni etmişik. Lakin Rusiya ilə birbaşa sərhəddə yerləşən bir dövlət olaraq, öz hava hücumundan müdafiə hazırlığımızı və təhlükəsizliyimizi riskə ata bilmərik”.
Nazir Finlandiyanın Ukraynaya bəzi zenit raketləri tədarük etmək üçün “müəyyən imkanlara” sahib olduğunu qeyd etsə də, Kiyevə göstəriləcək yardım mexanizmlərinin təfərrüatlarını açıqlamaqdan imtina edib.
Xatırladaq ki, iyulun sonlarında ABŞ Prezidenti Donald Tramp da “Patriot” sistemlərinin və müvafiq raket istehsalı texnologiyalarının Kiyevə ötürülməsi perspektivlərinə şübhə ilə yanaşmışdı. Tramp ABŞ-nin digər ölkələrə Amerika silahlarının istehsalı üçün lisenziya verərkən son dərəcə ehtiyatlı davranmalı olduğunu qeyd etmişdi.
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO




































.jpg)


