Avropa
Çaylar qurudu, "aclıq daşları" üzə çıxdı
Almaniyanın şərqindəki Saksoniyada uzunmüddətli quraqlıq səbəbindən Elba çayında "aclıq daşları" su üzünə çıxıb. Mütəxəssislər bu daşların ortaya çıxmasını gözlənilən məhsul qıtlığının göstəricisi sayırlar.
Publika.az xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı yazır.
Bildirilib ki, regionda yağışların yağmaması səbəbindən bütün çaylarda suyun səviyyəsi aşağı düşüb. Belə ki, Pirna şəhərində Elbada suyun səviyyəsi bir metrdən az, Drezdendə isə cəmi 54 sm təşkil edir.
Ətraf mühitin mühafizəsi naziri Karsten Şnayderin sözlərinə görə, son 25 ildə Almaniya 60 milyard kubmetr su itirib ki, bu da təxminən bir Boden gölü həcmindədir. Səbəblərdən biri məhz tez-tez baş verən quraqlıqlar olub. Bundan başqa, insan tərəfindən məcrası düzləndirilmiş çaylar və ya qələviləşmiş torpaqlar kifayət qədər su saxlaya bilmir.
Buna qədər Almaniyada Reyn çayının üç hissəsində suyun səviyyəsi tarixi minimuma enmişdi. Rurortda avqustun 2-si günortaya doğru suyun səviyyəsi 149 sm təşkil edib ki, bu da 2022-ci ilin avqustunda qeydə alınan əvvəlki antirekorddan iki santimetr aşağıdır. Düsseldorfda göstərici 21 sm-ə düşərək tarixi minimumu yeniləyib. Kölndə də rekord dərəcədə aşağı səviyyə qeydə alınıb.
Hüseyn İbadlı
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı











.jpg)





















