Avropa
Vuçiç NATO ilə müharibədən imtina etdi
Serbiya Prezidenti Aleksandr Vuçiç NATO ilə müharibədən imtina edib.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Onun sözlərinə görə, Serbiya Kosovoda serblərin təqib olunması səbəbindən alyansla münaqişədə iştirak etməyəcək. Vuçiç əlavə edib ki, Belqrad vətəndaşlarını dinc yollarla qorumağa çalışır.
Serbiya lideri qeyd edib ki, cavab addımı olaraq Belqrad Kosovonun ən böyük su elektrik stansiyasını su ilə təmin edən "Qazivode" su anbarını qidalandıran İbar çayının məcrasını dəyişdirə bilər.
Vuçiç bildirib ki, Serbiya tərəfi artıq bu məsələ ilə məşğul olan ekspertləri, eləcə də tikinti sektorunun nümayəndələrini, mühəndisləri və digər mütəxəssisləri dəvət edib.
"İbar çayının məcrasını dəyişdirmək üçün müxtəlif səbəblərimiz var, odur ki, albanların nə addım atacağını və özlərini necə aparacağını görəcəyik", — deyə Vuçiç əlavə edib.
Buna qədər Serbiya prezidenti bəyan etmişdi ki, Serbiyanı NATO-ya "dərhal" qəbul edə bilərdilər, lakin ölkəyə münaqişələr lazım deyil.
Hüseyn İbadlı
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı











.jpg)





















