Avropa
Qızmar hava Britaniyanı cənginə aldı - 31 illik rekord təzələndi
Böyük Britaniyada temperaturun +30°C və daha yüksək olduğu günlərin sayına görə rekord qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
Bu il belə isti günlərin ümumi sayı 35-ə çataraq 1995-ci ildə qeydə alınmış 34 günlük əvvəlki rekordu təzələyib. Rekord bazar günü ölkənin cənub-şərqindəki Kent qraflığında havanın temperaturunun +30,6°C-yə yüksəlməsi ilə yenilənib.
Sinoptiklər gələn həftə Böyük Britaniyaya yeni isti dalğasının gələcəyini və havanın temperaturunun +35°C-yə yaxınlaşacağını gözləyirlər.
Avqustun 4-də Sloveniyada isti hava şəraitinə görə ölkənin yeganə atom elektrik stansiyasının dayandırıla biləcəyi barədə məlumat verilib.
Həmin gün Avstriyada havanın temperaturu rekord həddə - +41°C-yə çataraq +40,5°C təşkil edən əvvəlki rekordu geridə qoyub.
Hüseyn İbadlı
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı











.jpg)





















