Avropa
Avropada təhlükəsizlik siqnalı: Bu iki ölkə əməkdaşlığı gücləndirir
Rusiya-Ukrayna müharibəsi və Avropada artan təhlükəsizlik təhdidləri fonunda Fransa və Böyük Britaniya müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı yeni mərhələyə keçirməyə hazırlaşır.
Publika.az "Haber Global"a istinadla xəbər verir ki, Paris və London NATO çərçivəsində əməkdaşlığın gücləndirilməsi, Ukraynaya dəstəyin davam etdirilməsi və Avropanın müdafiə imkanlarının artırılması məsələlərində daha sıx koordinasiya barədə razılığa gəlib.
İki ölkə arasında hərbi planlaşdırma, kəşfiyyat məlumatlarının mübadiləsi və böhranların idarə olunması sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Avropanın üzləşdiyi təhdidlər yalnız hərbi risklərlə məhdudlaşmır. Kibertəhlükələr, kritik infrastrukturun qorunması, enerji təhlükəsizliyi və qeyri-qanuni miqrasiya da yeni təhlükəsizlik gündəliyinin əsas istiqamətləri sırasında yer alır.
Fransa və Böyük Britaniyanın daha sıx əməkdaşlığı Avropanın öz müdafiə imkanlarını gücləndirmək və dəyişən geosiyasi şəraitə daha koordinasiyalı cavab vermək cəhdlərinin bir hissəsi kimi qiymətləndirilir.
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı











.jpg)





















