Avropa
İsveçrə Rusiyanı yeni sanksiyalarla vurdu
İsveçrə hakimiyyəti anti-Rusiya sanksiyaları siyahısını genişləndirərək ora 45 təşkilat və 9 fiziki şəxs əlavə edib.
Publika.az xəbər verir ki, bu barədə Konfederasiyanın İqtisadiyyat üzrə Dövlət Katibliyinin bəyanatında bildirilir.
Qara siyahıya ilk dəfə olaraq doqquz fiziki şəxs, o cümlədən "Rostex"in icraçı direktoru Oleq Yevtuşenko, Birləşmiş Gəmiqayırma Korporasiyasının keçmiş rəhbəri Aleksey Raxmanov və iş adamı Tahir Qarayev daxil edilib. Sanksiyaların tətbiqinə Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqələr əsas gətirilib.
Sanksiya siyahısına həmçinin PUA-ların, hərbi elektronikanın istehsalı və komponentlərin təchizatı ilə məşğul olan 45 şirkət və təşkilat daxil edilib.
Buna qədər Rusiyanın Berndəki səfiri Sergey Qarmonin İsveçrənin Rusiyaya qarşı sanksiyalara qoşulmasının onun neytral ölkə kimi nüfuzunu sarsıtdığını bəyan etmişdi. Diplomatın sözlərinə görə, rusiyalı müştərilərin bank diskriminasiyası konfederasiyanın maliyyə sektorunun xidmətlərinə qarşı ən təsirli anti-reklamdır, buna görə də İsveçrə banklarının bütün potensial istifadəçiləri bu və ya digər ölkə qəfil Vaşinqton və Brüssel üçün arzuolunmaz olarsa, özlərini necə aparacaqları barədə düşünməlidirlər.
Hüseyn İbadlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ











.jpg)





















