Avropa
Böyük Britaniyada 10 mindən çox ev susuz qaldı
Böyük Britaniyada növbəti güclü isti hava dalğasının yaxınlaşdığı bir vaxtda London və Esseksdə su borularının partlaması minlərlə evi və müəssisəni susuz qoyub və ya aşağı su təzyiqi ilə üzləşdirib.
Publika.az BBC-yə istinadla xəbər verir ki, “Thames Water” şirkəti problemin 14 poçt indeksi ərazisini əhatə etdiyini açıqlayıb. BBC-nin hesablamalarına əsasən, qəza nəticəsində təxminən 10 min ev zərər çəkib.
Bu həftə Böyük Britaniyanın bəzi ərazilərində temperaturun 38 dərəcəyə çata biləcəyi gözlənilir. Ölkənin Meteorologiya Xidmətinin məlumatına əsasən, builki mövsüm müşahidələr tarixində ən isti yay ola bilər. Avqustun qalan günlərində havanın temperaturu hətta orta göstəricilər səviyyəsində qalsa belə, bu, ötən il qeydə alınmış rekordu yeniləmək üçün kifayət edəcək.
Yüksək temperaturlar ölkədə meşə yanğınları ilə bağlı vəziyyəti də əhəmiyyətli dərəcədə ağırlaşdırıb. Statistikaya əsasən, iyul ayında yanğınsöndürənlər 458 meşə və açıq ərazi yanğınına müdaxilə ediblər ki, bu da aylıq rekord göstəricidir. Avqustun ilk 10 günü ərzində isə yanğınsöndürmə briqadaları 185 belə hadisəyə çağırılıb. Onların arasında Nyu Forest ərazisində üç gündür davam edən genişmiqyaslı yanğın da var.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ











.jpg)





















