Avropa
34 illik problem: Reyn quruyur, hökumət isə çay yatağını dərinləşdirə bilmir
Almaniyada rekord quraqlıq ölkənin 34 ildir həll edə bilmədiyi problemi yenidən gündəmə gətirib. Reyn çayında suyun səviyyəsinin kəskin azalması gəmiçiliyi təhlükə altına salıb, bu isə sənaye və iqtisadiyyat üçün ciddi risk yaradır.
Publika.az xəbər verir ki, bu barədə “Financial Times” yazıb.
Məlumata görə, hələ 1992-ci ildə Helmut Kol hökuməti məşhur Loreley qayalıqları yaxınlığında su altında qalan qayaların götürüləcəyini vəd edib. Lakin layihə bu günədək reallaşmayıb.
Hazırda suyun səviyyəsinin kritik həddə enməsi səbəbindən gəmilər yüklərini tam götürə bilmir. Kaub ərazisində gəmiçilik kanalı digər hissələrdən 20 santimetr daha dayazdır. Avqustun 6-da burada suyun səviyyəsi tarixi minimuma - cəmi 19 santimetrə düşüb.
Almaniya Daxili Gəmiçilik Assosiasiyasının rəhbəri Yens Şvanen bildirib ki, altı qayalıq sahəsinin sökülməsinin bu qədər uzun çəkməsi anlaşılmazdır. Onun sözlərinə görə, mühəndislik işləri cəmi səkkiz ay ərzində görülə bilərdi.
Layihənin ləngiməsinə ekoloji etirazlar, hökumətlərin prioritetlərinin dəyişməsi və bürokratik əngəllər səbəb olub. Layihə 2019-cu ildə prioritet elan edilsə də, işlərin yalnız 2033-cü ildə başa çatdırılması planlaşdırılır.
Qeyd olunur ki, ötən həftə Reyn çayında suyun səviyyəsi 2018-ci ilin rekord göstəricisindən 50 faizdən çox aşağı düşüb. Nəqliyyat naziri Şteffen Bilger isə suyun səviyyəsinin aşağı qalması səbəbindən qarşıdakı həftələrin çətin keçəcəyini bildirib.
Müəllif: Adəm
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ











.jpg)





















