Avropa
Yunanıstanda güclü yanğın başladı
Yunanıstanın Xalkidiki yarımadasının Siviri kurort zonasında böyük yanğın yayılır. Alov yaşayış evlərinə yaxınlaşdığı üçün hakimiyyət təxliyə elan edib.
Publika.az xəbər verir ki, bu barədə “Katimerini” qəzeti məlumat yayıb.
“Siviridəki böyük yanğın avqustun 13-də kənd təsərrüfatı torpaqlarına və meşələrə yayılaraq evlərə yaxınlaşıb və əmlaka ziyan vurub. Güclü külək alovu daha da şiddətləndirib, tüstü isə Xalkidikinin müxtəlif ərazilərindən görünüb”, - deyə nəşrdə yazılıb.
Fövqəladə xəbərdarlıq sistemi Siviridə olan insanlara Mola-Kaliva istiqamətində hərəkət etməyi tapşırıb. Qəzet qeyd edib ki, hakimiyyət orqanları Furka rayonunun Papakiriçi ərazisində dəniz yolu ilə də təxliyə həyata keçiriblər. Bu təxliyə əməliyyatında Sahil Mühafizəsinin bir gəmisi, doqquz özəl qayıq və bir sərnişin kateri iştirak edib.
“Katimerini” həmçinin qeyd edib ki, yanğınla mübarizə əməliyyatına 145 yanğınsöndürən və 42 avtomobil cəlb olunub, bundan başqa, aviasiya, o cümlədən yeddi helikopter fəaliyyətə cəlb edilib. Hakimiyyət orqanları yanğının səbəbini hələlik açıqlamayıb.
Hüseyn İbadlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ











.jpg)





















