Avropa
Britaniyada qatar relsdən çıxdı - Çox sayda yaralı var
İngiltərənin Şərqi Sasseks qraflığında, Lüis şəhəri yaxınlığında qatarın relsdən çıxması nəticəsində 11 nəfər xəsarət alıb.
Publika.az xəbər verir ki, bu barədə “Sky News” telekanalı İngiltərənin cənub-şərq sahili təcili yardım xidmətinin bəyanatına istinadla məlumat yayıb.
“Biz iki xəstənin ağır xəsarət aldığını təsdiqləyə bilərik. Daha doqquz xəstə isə daha yüngül xəsarətlər alıb”, — deyə məlumatda bildirilir.
“Sky News” qeyd edib ki, pasiyentlər müayinə olunub və onlara yerindəcə yardım göstərilib. Bəziləri növbəti müalicə üçün yerli xəstəxanalara çatdırılıb. Londondan İstborn şəhərinə gedən qatarda ümumilikdə 150-yə yaxın insanın olduğu dəqiqləşdirilir.
Hadisə ilə əlaqədar İngiltərənin cənubunda sərnişin daşınması qismən iflic olub. Operatorlar qatarların ehtimal olunan gecikmələri və ləğvləri barədə xəbərdarlıq ediblər. Onlar imkan daxilində günün sonunadək səfərlərdən çəkinməyi tövsiyə ediblər.
Hüseyn İbadlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ











.jpg)





















