Avropa
Ukrayna Polşa ilə gizli saziş bağlayır
Ukrayna hökuməti Polşa ilə taxıl tranzitinə dair gizli saziş imzalamaq istəyir.
Publika.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin polşalı üzvü Anna Brılka məlumat verib.
O, “X” sosial şəbəkəsində yazıb ki, Ukrayna hökuməti taxıl tranziti ilə bağlı razılaşmanın gizli saxlanılmasını istəyir. Brılka Kiyevin bu sənədi polyaklardan niyə gizlətmək istədiyini anlamadığını bildirib.
“Ukrayna hökuməti taxıl tranziti ilə bağlı gizli razılaşma istəyir! Mən maliyyə və iqtisadiyyat nazirliyinin işinə müdaxilə edəcəyəm”, - deyə avrodeputat qeyd edib.
Qeyd edək ki, Polşa 2022-ci ildən etibarən yerli fermerləri qorumaq məqsədilə Ukrayna kənd təsərrüfatı məhsullarının idxalına bir sıra məhdudiyyətlər tətbiq edib. 2023-cü ilin yazında polşalı fermerlər Ukraynadan taxıl idxalının qadağan olunması tələbi ilə kütləvi etirazlar keçiriblər.
Həmin ilin sentyabrında Avropa Komissiyası Ukrayna taxılına tətbiq edilən ümumavropa məhdudiyyətlərini uzatmayıb. Bundan sonra Polşa, Macarıstan və Slovakiya milli səviyyədə qadağaları davam etdirib.
Müəllif: Adəm
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ











.jpg)





















