Avropa
Britaniyadan Yaxın Şərqlə bağlı şok qərar - AZALDILIR
Böyük Britaniya bir sıra Afrika və Yaxın Şərq ölkələrinə birbaşa ikitərəfli maliyyə yardımını 40 faizdən çox azaltmaq qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Britaniyanın xarici işlər naziri İvet Kuper parlamentdə çıxışı zamanı bildirib ki, Ukrayna, Qəzza zolağı, Sudan və Livana maliyyələşdirmə tam həcmdə saxlanılacaq.
Yəmən, Somali və Əfqanıstan Britaniyanın xarici yardım siyasətində prioritet istiqamətlər olaraq qalacaq. Lakin bu ölkələrə birbaşa qrant maliyyələşdirilməsi azaldılacaq. Ən ciddi maliyyə kəsintisinin isə Pakistan və Mozambikə tətbiq ediləcəyi gözlənilir.
London qərarı resursların hökumətin daha çox dəstəyə ehtiyacı olduğunu düşündüyü regionlara və əhali qruplarına yönəldilməsi ilə izah edir.
Kuper vurğulayıb ki, Britaniya böyük beynəlxalq donor rolundan imtina etmir və dünyanın beşinci ən böyük donoru olaraq qalacağı gözlənilir.
Bununla yanaşı, London ənənəvi yardım modelindən tədricən imtina edərək tərəfdaşlıq və özəl investisiyaların cəlb edilməsinə üstünlük vermək niyyətindədir. Yeni prioritetlər sırasında dayanıqlığını itirmək təhlükəsi ilə üzləşən dövlətlərə dəstək, qadın qətlləri ilə mübarizə və iqlim dəyişikliyinin nəticələrinə qarşı tədbirlər də yer alır.
Müəllif: Adəm Abbaslı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ











.jpg)





















