Avropa
Məhkəmə sosial şəbəkə ilə bağlı qanunun qüvvəyə minməsinə mane oldu - Makrona ciddi siyasi zərbə
Fransanın Konstitusiya Şurası 15 yaşdan aşağı şəxslərin sosial şəbəkələrə girişini məhdudlaşdıran qanunun qüvvəyə minməsinə mane olub. Şura qərarın ifadə azadlığı ilə bağlı tələblərə zidd olduğunu bildirib.
Publika.az xəbər verir ki, qərar Prezident Emmanuel Makron üçün ciddi siyasi zərbə hesab olunur. Makron bundan əvvəl hökumətə qanunvericiliyə yenidən baxılması ilə bağlı tapşırıq vermişdi.
Konstitusiya Şurasının qərarında qeyd olunub ki, 15 yaşadək şəxslərin müəyyən onlayn xidmətlərdən istifadəsinə qadağa qoyulması faktiki olaraq bütün istifadəçilərin, o cümlədən yetkinlərin də həmin platformalara daxil olmazdan əvvəl yaşlarını təsdiqləməsini tələb edir. Şuranın fikrincə, qanunverici orqan yaşın təsdiqlənməsi ilə bağlı prosedur və məhdudiyyətləri dəqiq müəyyən etməyib və bu tələbin tətbiqi üçün lazımi hüquqi təminatlar yaradılmayıb.
Xatırladaq ki, Fransa parlamenti 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsini təsdiqləmişdi. Bununla Fransa Avstraliyanın ardınca bu istiqamətdə addım atan ilk Avropa ölkəsi olmağa hazırlaşırdı. Avstraliya ötən ilin dekabrında 16 yaşdan aşağı şəxslərin “Facebook”, “TikTok” və “YouTube” kimi platformalardan istifadəsini qadağan edən dünyada ilk ölkə olub.
Yelisey sarayının açıqlamasına görə, Prezident Makron Baş nazir Sebastyan Lökornüyə Konstitusiya Şurasının iradlarını nəzərə alaraq qanun layihəsini yenidən hazırlamaq tapşırığı verib.
Bildirilir ki, Makron islahatın 2027-ci ilin yazında keçiriləcək prezident seçkilərinə qədər qüvvəyə minməsinə nail olmaq niyyətindədir. Makron konstitusiyaya əsasən üçüncü dəfə prezidentliyə namizəd ola bilməz.
Ləman
-
İdman19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
-
MDB19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq18:48Ürək üçün ən faydalı üç qida
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır









.jpg)




.jpg)















.jpg)




