Avropa
Türkiyə Avropa İttifaqına üzv olmaq istəyir? - Ərdoğandan KRİTİK MESAJ
"Avropa İttifaqına üzvlük Türkiyənin prioritetləri sırasına daxil deyil".
Publika.az xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan “Al Jazeera Arabic” televiziya kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Avropa özü Türkiyəni Aİ-yə qəbul etməyə hazır olduğunu nümayiş etdirmir, bunun nəticəsində birlikdə Türkiyənin olmamasından daha çox elə Avropanın özü əziyyət çəkir.
“Türkiyənin Aİ üzvü olmaması səbəbindən Avropa uduzan tərəf rolundadır”, - deyə Ərdoğan bildirib.
Ərdoğanın qiymətləndirməsinə görə, Avropa tərəfi Türkiyəni öz sıralarına qəbul etməyə hazır olduğunu göstərmir.
“Avropa İttifaqına üzvlük bizim prioritetlərimiz sırasına daxil deyil”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
Yaxın Şərqdəki vəziyyətdən danışan Ərdoğan bildirib ki, Türkiyə Qəzzanı dəstəksiz qoya bilməz və Fələstin əhalisinə kömək göstərmək üçün lazım olan hər şeyi edəcək.
Onun sözlərinə görə, HƏMAS üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirir, İsrail isə hərbi əməliyyatları davam etdirir.
Ərdoğan həmçinin bildirib ki, ABŞ prezidenti Donald Tramp ilə Livanında müharibəni dayandırmağın zəruriliyini müzakirə edib. O, İsrailin Livan ərazisində hücumlarını davam etdirməsini Ankara üçün ciddi narahatlıq mənbəyi adlandırıb və Livanında İsrailin hərbi kampaniyasının dayandırılması məsələsində ABŞ-nin rolunun vacibliyini vurğulayıb.
Hüseyn İbadlı
-
Sosial23:24Məşhur futbolçu oyun zamanı huşunu itirdi
-
Hadisə23:12Ucarda dəhşətli qəza - Ölənlər var
-
Sosial22:48Bu da Nüşabə Ələsgərlinin nəvəsi - FOTO
-
Magazin221:36"Ağıllı ol, əlimdə oteldə çəkilən videoların var" - Damla və İradə arasında QALMAQAL
-
Sosial21:00Əncir dərmək istədi, ağacdan yıxılıb öldü
-
Sosial20:12Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanıldı - FOTO
-
İdman19:56Rusiya yığmamıza 13 qol vurdu, AFFA nəticəni gizlətdi - VİDEO
-
Hadisə19:42Dəhşətli qəza: Nişana gedən maşın aşdı, 7 nəfər öldü













.jpg)























