Avropa
Moldovadan Rumıniyaya gələn PUA-nı İspaniya qırıcısı vurdu
Rumıniyanın hava məkanını pozan daha bir pilotsuz uçuş aparatı bu ölkədə yerləşən İspaniya Hərbi Hava Qüvvələrinin F-18 qırıcısı tərəfindən vurulub.
Publika.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, avqustun 15-dən 16-na keçən gecə yerli vaxtla saat 04:44-də müşahidə sistemləri Moldova istiqamətindən Rumıniyanın hava məkanına daxil olan hava obyektini qeydə alıb. Obyekt Qalats şəhərindən təxminən 24 kilometr şimalda aşkarlanıb.
"Mixail Koqelniçanu" aviabazasında müşahidə missiyası həyata keçirən İspaniya Hərbi Hava Qüvvələrinin F-18 qırıcısı hədəfi radarla müşayiət edib və onu vurmaq üçün icazə alıb.
Pilotsuz uçuş aparatı yerli vaxtla saat 05:01-də vurulub. PUA-nın qalıqları Qalats dairəsindəki Beleni və Kudalbi yaşayış məntəqələri arasında, yaşayış olmayan əraziyə düşüb.
Nazirlik hadisə ilə bağlı əlavə məlumatların əldə olunduqca açıqlanacağını bildirib.
-
Sosial23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi











.jpg)























