Avropa
Avtobus xəndəyə düşdü, 12 nəfər öldü
Macarıstanda avtobusun qəzaya uğraması nəticəsində 12 nəfər həlak olub, azı 10 nəfər ağır yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Madyar özünün "Facebook" səhifəsində məlumat paylaşıb.
"Avqustun 16-sı gecə saatlarında "M3" avtomagistralı ilə Niredqaza istiqamətində hərəkət edən Polşa nömrəli avtobus qəflətən yoldan çıxaraq xəndəyə düşüb və aşıb", - məlumatda bildirilib.
Macarıstan polisinin ilkin məlumatına görə, sükan arxasında yuxuya gedən avtobus sürücüsü saxlanılıb. Dəqiqləşdirilib ki, turist avtobusunda 57 sərnişin və iki sürücü olub. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Hazırda qəza yerində xilasetmə işləri aparılır və qəzanın başvermə səbəbi araşdırılır.
-
Sosial23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi











.jpg)























