Avropa
Cenrik: Hakimiyyətə gəlsək, sosial təminat xərclərini 50 milyard azaldacağıq
Britaniyada Reform UK partiyası hakimiyyətə gələcəyi təqdirdə sosial müavinətlərə ayrılan xərcləri təxminən 50 milyard funt sterlinq azaltmağı və əlilliyi olan şəxslər üçün nəzərdə tutulan ödəniş sistemini ləğv etməyi planlaşdırır.
Publika.az BBC-yə istinadla xəbər verir ki, partiyanın maliyyə məsələləri üzrə sözçüsü Robert Cenrik təkliflərin son illərdə ölkənin sosial təminat sistemində həyata keçirilən ən genişmiqyaslı dəyişiklik olacağını və təxminən 3 milyon insana təsir edəcəyini bildirib.
Partiya planın bütün detallarını avqustun 17-də açıqlayacaq. Təkliflərə əsasən, şirkətlər xəstəlik səbəbindən işə çıxa bilməyən əməkdaşlarının ilk iki il ərzində çəkilən xərclərini qarşılamalı olacaqlar. Beşdən çox əməkdaşı olan müəssisələr isə bu xərcləri qarşılamaq üçün sığorta əldə edəcəklər. Partiya bu modelin Niderlandda tətbiq olunan sistem əsasında hazırlandığını bildirir. Məqsəd işəgötürənləri iş yerlərində müvafiq şərait yaratmağa və xəstəlik səbəbindən işdən ayrılan əməkdaşların yenidən işə qayıtmasını təşviq etməyə sövq etməkdir.
Reform UK bildirib ki, əlavə xərcləri kompensasiya etmək üçün işəgötürənlərin ödədiyi milli sığorta haqları azaldılacaq. Partiyanın hesablamalarına görə, dəyişikliklər nəticəsində bizneslərin ümumi xərcləri artmayacaq.
-
Sosial23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi











.jpg)























