Avropa
Qəribə qərar: Quraqlıq zamanı su pulu artacaq
Böyük Britaniyada su şirkətlərinə quraqlıq və tələbatın yüksək olduğu dövrlərdə istehlakçılardan daha yüksək ödəniş tələb etməyə icazə verilə bilər.
Publika.az “The Telegraph”a istinadla xəbər verir ki, ölkənin su sektorunu tənzimləyən “Ofwat” qurumunun nəzərdən keçirdiyi plana əsasən, su qıtlığı zamanı tariflərin artırılması nəzərdə tutulur. Məqsəd su istehlakını azaltmaq və mövcud ehtiyatlardan daha səmərəli istifadəni təşviq etməkdir.
Təkliflər təsdiqlənərsə, su şirkətləri ilin müxtəlif dövrlərinə uyğun dəyişən tariflər tətbiq edə, həmçinin müəyyən edilmiş istehlak həddini aşan ev təsərrüfatlarından daha yüksək ödəniş tələb edə biləcəklər. Yeni tarif sistemlərinin əksəriyyətinin tətbiqi üçün evlərdə “ağıllı” su sayğaclarının quraşdırılması tələb olunacaq.
Planların təfərrüatları ölkənin dörddə üçünün quraqlıq vəziyyətində olduğu bir vaxtda açıqlanıb. Hazırda 27 milyon insanın yaşadığı ərazilərdə bağ şlanqlarından istifadəyə məhdudiyyətlər tətbiq edilib. Eyni zamanda, Böyük Britaniyanın bir sıra bölgələrində meşə və otlaq ərazilərdə yanğınlar baş verir. Təkliflər yaxın həftələrdə “Ofwat” tərəfindən yekun şəkildə təsdiqlənərsə, yeni qaydaların gələn ilin aprelindən qüvvəyə minməsi nəzərdə tutulur.
-
Sosial23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi











.jpg)























