Avropa
1667-ci ilə aid kilsə külə çevrildi
Polşanın ən qədim dini abidələrindən biri yanıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Yanğından Mühafizə İdarəsi açıqlama yayıb. Qeyd edilib ki, Podkarpatski voyevodalığının Sanok şəhərində yerləşən və Polşanın ən qədim kilsələrindən biri olan muzey tipli dini obyektdə yanğın baş verib.
"Açıq havada qurulmuş muzeyin ərazisində baş verən güclü yanğın 1667-ci ilin tikilisi olan tarixi dini abidə də daxil olmaqla, üç binanı əhatə edib",- məlumatda qeyd edilib.
Qeyd edək ki, söhbət taxta materiallardan tikilmiş Müqəddəs Nikolay Kilsəsindən gedir. Qurumun məlumatına görə, hadisə yerinə təcili yardım xidmətləri cəlb edilib və alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğınsöndürənlərin səylərinə baxmayaraq, kilsə tamamilə yanıb. Daha iki binaya ziyan dəyib. Bəyanatda xəsarət alanların olmadığı vurğulanıb.
Müəllif: Tural
-
Sosial23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi











.jpg)























