Avropa
Rusiyanın dərinliklərini ilk dəfə Britaniya dronları ilə vurdular
Britaniya istehsalı olan pilotsuz uçuş aparatları (PUA) ilk dəfə Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün istifadə edilib.
Publika.az xəbər verir ki, bu barədə "The Sunday Times" həftəlik qəzeti Ukrayna Silahlı Qüvvələrindəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, PUA-lar son altı ay ərzində Volqoqrad və Yaroslavldakı hədəflərə zərbələr endirmək üçün istifadə olunub. Nəşr onların arasında İngiltərənin "Callen-Lenz" şirkətinin istehsalı olan "Nyan" dronunun, "Malloy Aeronautics" şirkətinin "T-150" ağır pilotsuz aparatının və digərlərinin adını çəkib.
Hərbi analitiklər ehtimal ediblər ki, Rusiya Kiyevə verilən dəstəyə görə Britaniya istehsalçılarına cavab zərbəsi endirə bilər. Lakin nəşr qeyd edib ki, Rusiya və NATO arasında birbaşa hərbi qarşıdurma ehtimalı azdır.
Daha əvvəl Ukrayna Rusiyanın dərinliklərinə zərbələr endirərkən Britaniyanın "Storm Shadow" uzaqmənzilli raketlərindən istifadə etmişdi.
Britaniyanın sabiq müdafiə naziri Den Carvis iyunda bildirmişdi ki, London ilin sonuna qədər Kiyevə azı 150 min dron, eləcə də 350 zenit raketi və radiolokasiya sistemi tədarük edəcək. "The Telegraph" dəqiqləşdirmişdi ki, dronların dəyəri 500 milyon funt sterlinq (676 milyon dollardan çox) həcmində qiymətləndirilir və Britaniya hakimiyyəti bu xərci dondurulmuş Rusiya aktivləri hesabına qarşılamaq istəyir.
-
Sosial23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi











.jpg)























