Avropa
Bu nazirlərin şəxsi telefon nömrələri internetdə yayıldı
Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq, ədliyyə naziri Aleks Norris və Şimali İrlandiya məsələləri üzrə nazir Kris Brayantın şəxsi mobil telefon nömrələri internetdə açıq şəkildə yayımlanıb.
Publika.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. Məlumatı “The Guardian” da təsdiqləyib.
Məlumata görə, hökumət bəzi nömrələri internetdən silib, lakin onların necə yayıldığı və bununla bağlı hansı təhlükəsizlik tədbirlərinin görüldüyü barədə rəsmi açıqlama verilməyib.
Hadisə Böyük Britaniyanın Baş naziri Endi Börnhəmin daha əvvəl özünü ABŞ Prezidenti Donald Trampın aparat rəhbəri Syuzi Uaylz kimi təqdim edən şəxslə mesajlaşmasının üzə çıxmasından sonra baş verib. Börnhəm bir neçə mesaj mübadiləsindən sonra qarşı tərəfin kimliyindən şübhələnərək əlaqəni kəsib. Məlumata görə, yazışmalarda əhəmiyyətli məlumatlar paylaşılmayıb.
Böyük Britaniyanın Vaşinqtondakı səfirliyi hadisə ilə bağlı Ağ Evə məlumat verib. ABŞ tərəfi isə insidentin Syuzi Uaylzın cihazlarının sındırılması ilə əlaqəli olmadığını bildirib.
Qeyd edək ki, bu, Uaylzın adından saxta mesajların göndərilməsi ilə bağlı ilk hadisə deyil. 2025-ci ildə onun şəxsi telefonundakı kontaktların ələ keçirilməsi ilə bağlı araşdırma aparıldığı bildirilmişdi.
Ləman
-
İdman03:43Messi vida üçün milliyə çağırıldı
-
Dəb03:13Qış üçün ən zövqlü ayaqqabılar - 1990-cı illərin modeli dəbə qayır
-
Paranormal00:45Komadan ayılan qadın mələk gördü, ana dilini unutdu - ““Paralel dünya”ya düşmüşdüm”
-
İdman00:15Ronaldo komandasını sarsıdıcı məğlubiyyətdən xilas edə bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kiçik sevgi jestləri münasibətinizi şirinləşdirəcək
-
Sağlamlıq15 Sentyabr 22:48Şam yeməyi üçün ideal vaxt müəyyən edildi
-
İdman15 Sentyabr 22:36Aida Əliyeva yüksək vəzifəyə təyin edildi - RƏSMİ
-
ABŞ15 Sentyabr 22:24Trampın müşaviri Mertsə sərt cavab verdi
















.png)

















.jpg)

