Avropa
Epşteyn qalmaqalına görə işdən qovuldu: Görün nə qədər təzminat aldı - Britaniyada ŞOK
Böyük Britaniyanın Dövlət Mülki Xidmətinin rəhbəri və Nazirlər Kabinetinin katibi Kris Uormoldun aldığı təzminatın məbləği açıqlanıb.
Publika.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Bildirilib ki, Uormolda təxminən 700 min dollar təzminat ödənilib. Bu məbləğ ilkin açıqlanan rəqəmdən təxminən iki dəfə çoxdur.
Məlumatlı mənbələr Uormoldun aldığı vəsaiti 500 min funt sterlinqdən çox, yəni təxminən 680 min dollar civarında qiymətləndiriblər.
Uormoldun vəzifədə qalma müddəti Britaniyada bu postun 110 illik tarixində ən qısa müddət olub. Onun bu qədər yüksək təzminat alması üçün baş nazir Kir Starmerin xüsusi səlahiyyətlərindən istifadə etməsi lazım gəlib. Çünki əvvəl imzalanmış müqavilədə keçmiş məmur üçün belə böyük ödəniş nəzərdə tutulmayıb.
Nəşrin yazdığına görə, məhz bu hüquqi məqam baş nazirin razılığını zəruri edib. Hökumət daxilində isə razılaşmanın detalları üzə çıxandan sonra təəccüb yaranıb.
Xatırladaq ki, Uormold bu ilin fevralında istefa verib. Onun vəzifədən getməsi Britaniyanın ABŞ-dakı keçmiş səfiri Piter Mandelsonun pedofiliyada ittiham olunmuş Ceffri Epşteynlə əlaqələri ətrafında yaranan qalmaqalla bağlı olub.
Bundan əvvəl Britaniya mediası Uormolda təxminən 350 min dollar təzminat ödəniləcəyini yazırdı. Bu, azı 21 il xidmət etmiş yüksək rütbəli dövlət qulluqçuları üçün nəzərdə tutulan standart məbləğ hesab olunurdu. Lakin yekun ödəniş gözləniləndən iki dəfə çox olub.
Müəllif: Adəm
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı











.jpg)























