Avropa
İki iranlı diplomat Fransadan çıxarılacaq
İki iranlı diplomat yaxın günlərdə Fransadan çıxarılacaq.
Publika.az xəbər verir ki, bu barədə Fransanın avropa və xarici işlər naziri Jan-Noel Barro X sosial media hesabında məlumat yayıb.
O bildirib ki, bu addım İranda eyni sayda fransız diplomata qarşı törədilən hadisəyə cavab olaraq atılacaq.
Qeyd edək ki, Fransanın İrandakı səfirliyinin iki əməkdaşı iyulun 19-da Tehranda saxlanılıb. İran hakimiyyəti onların axtarışda olan bir neçə şəxslə görüşdə iştirak etdiyini və qısa müddətdə sorğu-sual edildiklərini bildirib.
Rəsmi Paris isə diplomatların təxminən dörd saat saxlanıldığını, onların rabitə vasitələrindən məhrum edildiklərini və sorğu-suala tutulduqlarını açıqlayıb. Həmçinin diplomatlardan birinin təzyiqə məruz qaldığı, onunla kobud rəftar edildiyi və döyüldüyü bildirilib.
İyulun 20-də Jan-Noel Barro hadisəni son dərəcə ciddi hədə-qorxu aktı və diplomatik toxunulmazlıqların açıq şəkildə pozulması kimi qiymətləndirib. Ertəsi gün İranın Fransadakı müvəqqəti işlər vəkili bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
İyulun 22-də Fransanın iki diplomatı İranı tərk edib.
İyulun 28-də Avropa İttifaqı baş verənləri pisləyərək, rəsmi Tehrandan hadisə ilə bağlı məsul şəxslərin müəyyənləşdirilməsini və müvafiq tədbirlərin görülməsini tələb edib.
İranın Kəşfiyyat Nazirliyi isə Fransanı bu ölkədə genişmiqyaslı təsir layihəsi həyata keçirməkdə və ölkəyə qarşı fəaliyyətlər hazırlamaqda günahlandırıb.
Rəsmi Tehran Fransanın iki iranlı diplomatın ölkədən çıxarılması barədə qərarına hələlik münasibət bildirməyib.
-
Sağlamlıq18:48Ürək üçün ən faydalı üç qida
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı








.jpg)





.jpg)


















.jpg)




