Avropa
Avropada hərbçi böhranı: 100 min əsgər səfərbər ediləcək
Avropa ölkələri müdafiə xərclərini artırsa da, qarşıda ciddi problem dayanır. Orduda kifayət qədər hərbçi yoxdur.
Publika.az xəbər verir ki, Aİ-nin müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius Avropanın mümkün Rusiya təhdidi zamanı qısa müddətdə təxminən 100 min hərbçi yerləşdirməyə hazır olmalı olduğunu bildirib.
Kubiliusun sözlərinə görə, mümkün ssenaridə 2030-cu ildə Rusiya NATO-nu sınağa çəkmək qərarına gələ və Aİ ilə NATO sərhədləri yaxınlığında 100 min hərbçi cəmləşdirə bilər. Bu halda Avropa da eyni sayda hərbçi və texnikanı sürətlə bölgəyə göndərməli olacaq.
Lakin Avropa ordularında kadr çatışmazlığı ciddi problemə çevrilib. Araşdırmalara görə, bir çox ölkədə yeni hərbçi cəlb etmək və mövcud şəxsi heyəti saxlamaq çətinləşib. Əsas səbəblər aşağı maaş, özəl sektorla rəqabət, xidmət şəraiti və iş-həyat balansının pozulmasıdır.
Ekspertlər hesab edirlər ki, Avropa təkcə silah və texnikaya deyil, insan resurslarına da sərmayə qoymalıdır. Könüllü hərbi xidmətin kifayət etməyəcəyi, bəzi ölkələrdə seçmə hərbi çağırışın tətbiqinin gündəmə gələ biləcəyi bildirilir.
NATO-da da kadr çatışmazlığının alyansın döyüş hazırlığı və uzunmüddətli dayanıqlılığı üçün təhlükə yaratdığı vurğulanır. Müasir ordular üçün kibertəhlükəsizlik, logistika və tibb sahəsində mütəxəssislərin cəlb edilməsi də əsas məsələlərdən biri sayılır.
Müəllif: Adəm
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı








.jpg)


.jpg)





















.jpg)




