Avropa
Əvvəl kabab, sonra ordu: Almaniya bu yolla yeni əsgər cəlb etməyə çalışır
Almaniya ordusu - Bundesver hərbi xidmətə yeni əsgərlərin cəlb edilməsi üçün qeyri-adi kampaniyaya başlayıb.
Publika.az xəbər verir ki, kampaniya çərçivəsində Bundesverin reklamları ölkə üzrə kabab satılan məkanlarda istifadə olunan xüsusi qida qablaşdırmalarının üzərinə yerləşdirilir. Qablaşdırmanın üzərindəki QR-kod vasitəsilə potensial namizədlər Almaniya ordusunun tibbi bölmələrində xidmət imkanları barədə məlumat əldə edə bilirlər.
Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi “Berliner Kurier”ə bildirib ki, kampaniya yalnız peşə seçimi qarşısında olan gənclərə hesablanmayıb. Artıq işləyən, fəaliyyət sahəsini dəyişmək istəyən şəxslər və ixtisaslı mütəxəssislər də hədəf qrupuna daxildir.
Nazirlik bu üsulu gündəlik həyatın adi məkanlarında aparılan “ambient advertising” - qeyri-ənənəvi reklam adlandırır. Məqsəd potensial hərbçilərə yalnız klassik reklam kanalları ilə deyil, onların gündəlik həyatlarında qarşılaşdıqları məkanlarda müraciət etməkdir.
Kabab satışı ilə məşğul olan obyektlərin sahibləri kampaniyada iştirak üçün pul almırlar. Onlar xüsusi qablaşdırmadan könüllü şəkildə istifadə edir və bu qablaşdırma Müdafiə Nazirliyi tərəfindən pulsuz təqdim olunur.
İyulun sonuna olan məlumata görə, Almaniya Silahlı Qüvvələrində 186 705 nəfər həqiqi hərbi xidmət keçib. Bu, son 13 ilin ən yüksək göstəricisidir. Buna baxmayaraq, Berlin 2035-ci ilə qədər ordunun sayını 260 mindən çox hərbçiyə çatdırmağı planlaşdırır. Bu artım NATO qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsi üçün nəzərdə tutulub.
Beləliklə, Almaniyanın qarşıdakı on il ərzində təxminən 73 min əlavə hərbçi cəlb etməsinə ehtiyac yaranacaq.
Müəllif: Adəm
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?











.jpg)
























