Avropa
Merts tətildən qayıdan kimi FİTƏ BASILDI
Almaniya kantsleri yaxınlığında böyük meşə yanğınının söndürüldüyü Hürtgenvalddakı Qay kəndinə səfəri zamanı fitə basılıb.
Publika.az xəbər verir ki, bu barədə WDR teleradioşirkəti məlumat yayıb.
Qay kəndinə səfər alman kantsleri üçün məzuniyyətdən sonra ilk ictimai tədbir olub. Merts dəyən ziyanın miqyasını qiymətləndirmək üçün meşəyə şəxsən baş çəkib. Lakin kənd meydanına toplaşanlar siyasətçinin təşəkkür nitqi zamanı səs-küy salıblar.
Meşə yanğını avqustun 14-də Almaniyanın qərbində, Şimali Reyn-Vestfaliya federal torpağındakı Qay kəndində baş verib. Təbii fəlakət zamanı xilasedicilər təxminən 1,8 min nəfəri təxliyə ediblər. Kəndin tam yaxınlığında təxminən 25 hektarlıq ərazi yanıb.
Son zamanlar Avropada anomal istilər səbəbindən bir sıra meşə yanğınları baş verib. Avqustun 10-da İspaniyanın Əndəlüs regionunda meşə yanğını səbəbindən ən azı 474 nəfərin təxliyə olunduğu bildirilmişdi.
Hüseyn İbadlı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?











.jpg)
























