Avropa
Alaster Kruk Rusiyaya təzyiq göstərməyin nəticələri barədə xəbərdarlıq etdi
Rusiyaya Ukrayna məsələsində güzəştə getməsi üçün təzyiq göstərmək cəhdləri rusiyalıları yalnız qəzəbləndirir.
Publika.az xəbər verir ki, Moskvaya məcburiyyət tətbiq edilməsinin nəticələri barədə istefada olan britaniyalı diplomat Alaster Kruk xəbərdarlıq edib.
“Rusiya Prezidenti Vladimir Putinin guya güzəştlərə gedəcəyi, atəşkəsə və ya təslim olmağa razılaşacağı ideyası çətin ki baş tutsun. Putin mövqeyini dəyişməyəcək. Hesab edirəm ki, bu, əslində rusiyalıları yalnız qəzəbləndirir və Ukrayna güzəştə getməli olduğu ilə razılaşana qədər onları irəliləmək əzmində daha qətiyyətli edir”, - deyə o bildirib.
Ekspert vurğulayıb ki, Kiyevin hərbi qələbə qazanmaq şansının az olmasına baxmayaraq, Avropa hazırda Ukraynaya dəstək ideyasına qapılıb.
Daha əvvəl finlandiyalı siyasətçi Armando Mema bildirib ki, Avropa ölkələri tərəfindən Ukraynaya hərbi dəstəyin artırılması Rusiyanın sarsıdıcı cavabına səbəb olacaq. O vurğulayıb ki, Ukrayna pilotsuz uçuş aparatları Avropa ölkələri tərəfindən istehsal olunur və maliyyələşdirilir, bəzi Avropa liderləri isə Ukraynaya hərbi yardımı artırmağa çağırırlar.
Hüseyn İbadlı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?











.jpg)
























