Avropa
Yunanıstanda Türkiyə həyəcanı: Müharibə olsa, Avropa bizi müdafiə edəcəkmi?
Türkiyə ilə Yunanıstan arasında Egey və Şərqi Aralıq dənizi ilə bağlı fikir ayrılıqları davam edir. Türkiyənin müdafiə sənayesində sürətli inkişafı və regional tərəfdaşlıqlarını genişləndirməsi Afinada güc balansı ilə bağlı yeni ssenarilərin müzakirəsinə səbəb olub.
Publika.az xəbər verir ki, Yunanıstan mediasında mümkün Türkiyə-Yunanıstan gərginliyi zamanı beynəlxalq aktorların mövqeyi ilə bağlı təhlillər dərc olunub.
Yunanıstanın diqqətində olan əsas məsələlərdən biri Türkiyənin Səudiyyə Ərəbistanı və Pakistanla münasibətləridir. “To Vima” qəzeti üç ölkə arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişinin Ankara üçün mühüm üstünlüklər yaratdığını yazıb.
Təhlildə Pakistanın hərbi və nüvə imkanlarına, Səudiyyə Ərəbistanının iqtisadi gücünə, Türkiyənin isə inkişaf edən müdafiə sənayesinə diqqət çəkilib.
Afinada əsas suallardan biri mümkün gərginlik zamanı Avropa ölkələrinin Yunanıstana nə dərəcədə dəstək verəcəyidir. Türkiyənin NATO-dakı hərbi çəkisi və Avropa ilə müdafiə sənayesi əməkdaşlığının genişlənməsi bu məsələdə Afinada suallar yaradır.
Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallasın Avropanın müdafiə sahəsində Türkiyə ilə əməkdaşlığa ehtiyacı olduğunu bildirməsi də Yunanıstan mediasının diqqətindən yayınmayıb.
Türkiyənin PUA və SİHA-lardan raket sistemlərinə, hərbi gəmilərdən milli döyüş təyyarəsi layihələrinə qədər inkişaf edən müdafiə sənayesi Yunanıstan mediasında xüsusi vurğulanır.
Bəzi təhlillərdə Afinaya mümkün qarşıdurmaya daha ciddi hazırlaşmaq çağırışı edilir. Bununla belə, Yunanıstanın Baş naziri Kiryakos Miçotakis Türkiyə ilə münasibətlərdə sərt ritorikadan çəkinməyə çağırıb.
-
Avropa17:05Yunanıstanda Türkiyə həyəcanı: Müharibə olsa, Avropa bizi müdafiə edəcəkmi?
-
Rəsmi xronika15:43Prezident "Sabah" futbol klubuna 5 milyon manat ayırdı - SƏRƏNCAM
-
Region13:50Ermənistanda kilsə-hakimiyyət qarşıdurması: Spiker II Qaregini istefaya çağırdı
-
Rəsmi xronika11:26İlham Əliyev Moldova prezidentini təbrik etdi
-
Cənubi Qafqaz09:21Köçəryan həbs edildi
-
Dünya09:00Dəhşətli daşqından sonra 28 ölkənin 466 vətəndaşı itkin düşdü
-
Avto07:55Bəzi özəl parkinqlərdə qiymətlər artdı: belə davam edərsə... - Video
-
Hadisə03:44Fədakarlığı ilə faciənin qarşısını aldı: Gündəm olan görüntülərin "qəhrəmanı" danışdı - Video




































.jpg)
.jpg)