Avropa
Avropa bu raketləri "çıraqla" axtarır
ABŞ-ın Avropadakı hərbi qüvvələri “Patriot” hava hücumundan müdafiə sistemləri üçün müasir raketlərin çatışmazlığı ilə üzləşib. Mövcud vəziyyət raket ehtiyatlarının “son dərəcə kritik” həddə çatdığını göstərir.
Publika.az “Associated Press”ə istinadla xəbər veirr ki, bu vəziyyət NATO ölkələrinin potensial təhlükələr qarşısında müdafiə imkanları ilə bağlı ciddi narahatlıq yaradıb.
ABŞ rəsmilərindən birinin sözlərinə görə, əsas problem Rusiya istehsalı ballistik raketlərinin qarşısını almaq qabiliyyətinə malik “Patriot” raketlərinin kifayət qədər olmamasıdır. NATO nümayəndəsi də ABŞ və Alyans qüvvələrinin Avropadakı bu tip raket ehtiyatlarının aşağı səviyyədə olduğunu təsdiqləyib.
AP bildirir ki, ABŞ-ın Avropada yerləşən qüvvələrinin uzunmüddətli ballistik raket hücumlarına qarşı müdafiəni təmin etmək üçün yetərli sayda “Patriot” raketi yoxdur.
Məlumata əsasən, hətta ayrı-ayrı raket hücumlarına və ya trayektoriyasından təsadüfən yayınan raketlərə qarşı müdafiə imkanları belə hazırda “çox məhdud” olaraq qiymətləndirilir.
Hüseyn İbadlı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?











.jpg)























