Avropa
ABŞ Avropadakı qoşunlarını azaldır: NATO ölkələri narahatdır
Avropa ölkələri Pentaqonun Donald Trampın siyasətinə dəstəklə bağlı göndərdiyi sorğunu cavablandırmağa başlayıb. Bəzi NATO müttəfiqləri cavabların Avropadakı ABŞ hərbi kontingentinin azaldılması ilə bağlı qərarlara təsir edə biləcəyindən ehtiyatlanır.
Publika.az xəbər verir ki, sorğu ABŞ-ın Avropadakı hərbi mövcudluğunun altı aylıq nəzərdən keçirilməsi çərçivəsində göndərilib. Pentaqon ölkələrdən Vaşinqtonun xarici siyasət prioritetlərinə dəstəyini, ABŞ silahlarının alınmasını, hərbi bazalar və hava məkanından istifadəyə qoyulan məhdudiyyətləri soruşub.
“Financial Times”ın məlumatına görə, bəzi Avropa hökumətləri cavabların ABŞ hərbi qüvvələrinin hansı ölkələrdə azaldılacağına təsir göstərə biləcəyindən narahatdır. Hazırda Avropada təxminən 80 min ABŞ hərbçisi yerləşir.
ABŞ-ın Avropadakı hərbi mövcudluğunun yenidən nəzərdən keçirilməsi dekabra qədər başa çatmalıdır. NATO ABŞ-ın müttəfiqlərlə məsləhətləşmələr apardığını təsdiqləyib, lakin Avropalı diplomatlar ixtisar qərarlarının artıq müəyyənləşdirilib-müəyyənləşdirilmədiyini bilmirlər.
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?











.jpg)























