Avropa
Norveçin yeni kralı o oldu
Norveç kralı V Haraldın vəfatından sonra oğlu vəliəhd şahzadə Xakon ölkənin yeni kralı olub.
Publika.az xəbər verir ki, Norveç kralının rəsmi adı onun and içdiyi zaman müəyyənləşəcək.
Tarixçi və kral bioqrafı Tor Bomann-Larsenin sözlərinə görə, Xakonun böyük ehtimalla VIII Xakon adını seçəcəyi gözlənilir. Bununla belə, kral adının seçimi formal olaraq yeni monarxın səlahiyyətindədir.
Yeni kral həmçinin özünün kral devizini elan edəcək. Onun ənənəvi “Hər şey Norveç üçün” devizini saxlaması və ya yeni bir ifadə seçməsi mümkündür.
Norveç Konstitusiyasına əsasən, yeni monarx parlament qarşısında and içməlidir. Lakin deputatlar hazırda tətildə olduğundan Xakon andı yazılı şəkildə bu gün keçiriləcək Dövlət Şurasının iclasında təqdim edə bilər. Parlamentin oktyabrda fəaliyyətini bərpa etməsindən sonra isə andını deputatlar qarşısında oxuyacaq.
Norveç mediasının yazdığına görə, Xakon atasının ölümündən etibarən avtomatik olaraq dövlət başçısı statusunu alıb. Dövlət Şurasının bugünkü iclası onun yeni kral kimi ilk rəsmi tədbiri olacaq. O, hökumətə V Haraldın vəfat etdiyini bildirəcək və dövlət idarəçiliyini yeni monarx kimi qəbul etdiyini bəyan edəcək.
Yeni kralın tacqoyma mərasiminin isə Norveçin Trondheym şəhərində yerləşən Nidaros katedralında keçirilməsi gözlənilir. Keçmişdə Nidaros adlanan şəhərdəki bu lüteran kafedralı Norveç monarxlarının tacqoyma mərasimlərinin keçirildiyi mühüm tarixi məkanlardan biridir. Katedral həmçinin ölkənin xristianlaşdırılmasında mühüm rol oynayan müqəddəs Olavın məzarı kimi tanınır.
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?











.jpg)























