Avropa
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
Norveçin yeni kralı VIII Haakon atası Kral Haraldın vəfatından sonra şənbə günü axşam ilk dəfə çıxış edəcək.
Publika.az xəbər verir ki, yerli vaxtla saat 19:00-a planlaşdırılan monarxın müraciəti mərhum kralın xatirəsinə həsr olunacaq. Bu cür çıxış ənənə hesab olunur və hakimiyyətin yeni monarxa ötürülməsinin başlanğıcını ifadə edir.
Son sutka ərzində on minlərlə norveçli Kral Haraldın xatirəsini yad etmək üçün Kral Sarayının qarşısına gül dəstələri və açıqcalar gətirib. Məlumata görə, azı 20 min nəfər başsağlığı verib.
Kral Haakon həm də Norveç Kilsəsinin, Stortinqin (parlamentin) nümayəndələri və Ali Məhkəmənin rəhbərliyi ilə görüşəcək. Yeni monarx çərşənbə axşamı parlament qarşısında and içəcək və ölkəni Norveçin Konstitusiyasına və qanunlarına uyğun idarə edəcəyinə söz verəcək. Tacqoyma mərasimi keçirilməyəcək; belə ki, Stortinq bu mərasimi hələ 1908-ci ildə ləğv edib.
Kral Haraldın cəsədinin olduğu tabut Kral Sarayına gətirilib. Daha sonra vətəndaşlara monarxla vidalaşmaq imkanı yaradılacaq, lakin bunun dəqiq tarixi hələ açıqlanmayıb.
Norveçdə Kral Haraldın dəfn mərasiminədək davam edəcək milli matəm elan olunub. Mərasimin tarixi hələ açıqlanmayıb.
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?











.jpg)























