Avropa
Musiqi festivalında atışma oldu - Yaralananlar var
İsveçrənin Arqau kantonunun Aarau şəhərində keçirilən elektron musiqi festivalı zamanı silahlı insident baş verib.
Publika.az xəbər verir ki, kanton polisinin məlumatında hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı qeyd olunub. Ölənlərin olub-olmadığı hələlik məlum deyil.
Atəş səsləri gecə saat 02:30 radələrində şəhərin Şaxen rayonundakı atçılıq meydanında təşkil olunan və təxminən 3500 nəfərin iştirak etdiyi “Aarauer Rave” texnofestivalı zamanı eşidilib. Hadisə yerindən yayılan görüntülərdə təxminən 10 atəş səsinin eşidildiyi bildirilir. Şahidlərin sözlərinə görə, bəzi iştirakçılar atəş səslərindən sonra DJ masasının altında gizləniblər.
Polis əraziyə genişmiqyaslı qüvvələr cəlb edib və vətəndaşlardan hadisə yerinə yaxınlaşmamağı xahiş edib. Yanğınsöndürənlər, fövqəladə hallar bölmələri və orduya məxsus helikopter də əməliyyata cəlb olunub.
Hadisənin səbəbləri və atəş açan şəxs və ya şəxslərin kimliyi müəyyənləşdirilir.
-
Kriminal20:24Film kimi olay: Qadın böyük oğlunun və sevgilisinin köməyi ilə əkiz oğlanlarını öldürdü
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi











.jpg)






















