Avropa
Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
Şimali Kipr sahillərində baş verən dəniz qəzası nəticəsində həlak olanlar var.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Şimali Kiprdəki səfiri Əli Murad Başçəri bildirib.
Səfirin sözlərinə görə, indiyədək 259 nəfər xilas olunub.
"Təəssüf ki, dəniz qəzası nəticəsində həlak olanlar var. Onların sayı hələlik bəlli deyil" — deyə Başçəri vurğulayıb.
Axtarış-xilasetmə əməliyyatlarına Türkiyə Hərbi Dəniz Qüvvələrinin qüvvələri də cəlb edilib. Hadisə zonasına iki helikopter, Sahil Mühafizə Xidmətinin iki катери, dalğıc dəstəsi və digər canlı qüvvə yönləndirilib. Xilas edilən sərnişinlər Girne limanına çatdırılır.
15:49
Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) sahillərində təxminən 260 sərnişin daşıyan bərə batıb.
Publika.az xəbər verir ki, hadisə Girne şəhəri sahillərindən təxminən 4 mil aralıda baş verib.
Şimali Kipr Türk Respublikasının ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı xilasetmə əməliyyatlarının davam etdiyini bildirib.
"Günorta saatlarında Girne limanından yola düşən gəmi su alaraq yan tərəfə aşıb. Xilasetmə əməliyyatında sahil mühafizəsi qrupları və mülki müdafiə heyəti iştirak edir. Yüksək dalğalar vəziyyəti çətinləşdirir. Tələfatın qarşısını almaq üçün əlimizdən gələni edirik", - deyə nazir bildirib.
-
Kriminal20:24Film kimi olay: Qadın böyük oğlunun və sevgilisinin köməyi ilə əkiz oğlanlarını öldürdü
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi











.jpg)






















