Avropa
Türkiyədə aşkarlanan naməlum PUA zərərsizləşdirildi
Türkiyənin Zonquldak vilayəti sahillərində naməlum pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.
Publika.az xəbər verir ki, bu barədə “İhlas” Xəbər Agentliyi (İHA) məlumat yayıb. Məlumata görə, Alaplı limanı yaxınlığında dənizdə dron görən balıqçılar dərhal yerli hakimiyyət orqanlarına xəbər veriblər. Hadisə yerinə dərhal Sahil Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində liman ərazisi mühasirəyə alınıb və aşkar edilən PUA nəzarətli şəkildə partladılaraq zərərsizləşdirilib. Aparatın hansı ölkəyə məxsus olduğu hələlik məlum deyil.
Qeyd edək ki, son zamanlar Türkiyənin Qara dəniz sahillərində tez-tez partlayıcı maddə daşıyan PUA qalıqlarına rast gəlinir. Bir müddət əvvəl bölgədə sahilə çıxan partlayıcı yüklü pilotsuz qayıq da istehkamçılar tərəfindən zərərsizləşdirilmişdi.
-
Kriminal20:24Film kimi olay: Qadın böyük oğlunun və sevgilisinin köməyi ilə əkiz oğlanlarını öldürdü
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi











.jpg)






















