Avropa
Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
Şimali Kipr Türk Respublikası (ŞKTR) sahillərində batan FİLOJET bərəsinin heyətində Azərbaycan vətəndaşları Valeh Hümmətov və Rəşad İbrahimov olub. Hər ikisi xilas edilib.
Publika.az xəbər verir ki, bu barədə Azərtac-a Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orhan Həsənoğlu məlumat verib. Cəmiyyət rəhbəri qeyd edib ki, Azərbaycan vətəndaşlarının aparıldığı xəstəxanaya şəxsən zəng edib. "Soydaşlarımız artıq ilkin tibbi yardım aldıqdan sonra xəstəxanadan buraxılıblar. Onların sağlamlıqları üçün təhlükə yoxdur", - deyə O.Həsənoğlu bildirib.
Cəmiyyət rəhbəri Girnə-Tasucu bərəsində həlak olanların ailələrinə və yaralananlara başsağlığı verib.
Xatırladaq ki, avqustun 30-da ŞKTR sahillərində 267 nəfəri daşıyan bərə batıb. Faciə Girne sahillərindən təxminən dörd mil aralıda baş verib. 237 nəfər xilas edilib, 7 nəfər ölüb, 23 nəfərin axtarışları qayıq və dronlardan istifadə etməklə davam edir.
***
Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel Girnə sahillərində batan bərədə ölənlərin olduğunu, xilasetmə işləri üçün bütün imkanların səfərbər edildiyini bildirib.
Publika.az xəbər verir ki, hadisə ilə bağlı Azərtac-a açıqlama verən Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu hələlik bərədə olan sərnişinlərin siyahısının açıqlanmadığını, lakin gəminin heyətində azərbaycanlıların da olması ehtimalının istisna edilmədiyini bildirib.
Məlumata görə, Türkiyədə yaşayan və sözügedən istiqamətdə işləyən səfərdə çalışan azərbaycanlı var. Lakin onun hadisə zamanı növbədə olub-olmadığı barədə hələlik məlumat yoxdur.
“Hadisədə həyatını itirən və ya xəsarət alan şəxslərin hamısı bizim üçün eyni dərəcədə əzizdir. Hazırda əsas gözlənti rəsmi siyahının açıqlanmasıdır”, - deyə Orxan Həsənoğlu bildirib.
Xatırladaq ki, Şimali Kipr Türk Respublikasının (ŞKTR) sahillərində 267 sərnişini daşıyan bərə batıb. Ekipaj heyəti ilə birlikdə gəmidə 279 nəfərin olduğu bildirilir.
-
Kriminal20:24Film kimi olay: Qadın böyük oğlunun və sevgilisinin köməyi ilə əkiz oğlanlarını öldürdü
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi











.jpg)






















