Avropa
Elektrik enerjisinin ən baha olduğu G20 ölkəsi
Almaniyada elektrik enerjisinin qiyməti G20 ölkələri üzrə orta göstəricini iki dəfədən çox üstələyir.
Publika.az xəbər verir ki, təhlillərə görə, ölkədə 1 kilovat-saat elektrik enerjisinin qiyməti 35,6 sentdir. Bu göstərici ilə Almaniya G20 ölkələri arasında birinci yerdədir. İtaliyada qiymət 34,5, Böyük Britaniyada isə 32,4 sent təşkil edir.
G20 üzrə orta qiymət 16,3 sent olduğu halda, Fransada bu göstərici 23,3, ABŞ-da isə 18,3 sentdir.
Araşdırmanı aparan “Verivox” müqayisə portalı Almaniyada elektrik enerjisinin baha olmasının əsas səbəblərindən biri kimi vergilər, rüsumlar və şəbəkə haqlarını göstərib. Bildirilib ki, bu ödənişlər elektrik enerjisinin yekun qiymətinin 60 faizindən çoxunu təşkil edir.
İqtisadi birliklər və siyasətçilər hökuməti elektrik enerjisi vergisinin azaldılması istiqamətində addımlar atmağa çağırıblar.
-
Kriminal20:24Film kimi olay: Qadın böyük oğlunun və sevgilisinin köməyi ilə əkiz oğlanlarını öldürdü
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi











.jpg)






















