Avropa
17 ölkənin sərhəd və polis orqanlarından birgə əməliyyat - 112 nəfər saxlanıldı
Avropa İttifaqına (Aİ) miqrantların qanunsuz keçirilməsində şübhəli bilinən 112 nəfər saxlanılıb.
Publika.az xəbər verir ki, Aİ-nin Sərhəd və Sahil Mühafizəsi Agentliyinin (Frontex) koordinasiyası ilə Qərbi Balkanlardan Mərkəzi Avropaya uzanan marşrut üzrə keçirilən əməliyyata 17 ölkənin sərhəd və polis orqanları cəlb olunub. Əməliyyat zamanı sənədlərin saxtalaşdırılması üzrə 60 fakt aşkarlanıb, 3137 qeyri-qanuni miqrant müəyyən edilib. Sərhəd-keçid məntəqələrində 2431 nəfərin Avropa ölkələrinə girişinə icazə verilməyib, 1109 nəfərin isə müvafiq icazə olmadan Avropada qaldığı müəyyənləşdirilib.
Eləcə də insan alverində şübhəli bilinən 4 nəfər saxlanılıb. Bundan başqa, 18 odlu silah və 1665 patron, 3 kiloqram marixuana, 5 tondan çox xam tütün müsadirə edilib. Oğurlanmış 59 avtomobil aşkarlanaraq sahiblərinə və ya aidiyyəti qurumlara qaytarılıb.
Əməliyyata Avstriya, Bolqarıstan, Xorvatiya, Almaniya, Yunanıstan, Macarıstan, Polşa, Rumıniya, Slovakiya, Sloveniya, Albaniya, Bosniya və Herseqovina, Moldova, Monteneqro, Şimali Makedoniya, Serbiya və Böyük Britaniya qatılıb. “Europol”, “Interpol” və “Eurojust” da əməliyyata dəstək verib. (Azərtac)
-
Kriminal20:24Film kimi olay: Qadın böyük oğlunun və sevgilisinin köməyi ilə əkiz oğlanlarını öldürdü
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi











.jpg)






















