Avropa
Bu ölkə Almaniyadan kompensasiya tələb edir: Həmin pulla ordunu gücləndirəcəklər
Polşa Almaniyanın İkinci Dünya müharibəsində vurduğu zərərə görə reparasiya ödəməsini tələb edir.
Publika.az xəbər verir ki, bunu Polşa prezidenti Karol Navrotski İkinci Dünya müharibəsinin başlanmasının 86-cı ildönümü ilə əlaqədar Qdansk yaxınlığındakı Vesteplyatte yarımadasında keçirilən mərasimdə deyib.
O bildirib ki, Berlin Polşaya kompensasiya ödəməlidir. Navrotskinin sözlərinə görə, Varşava bu vəsaiti ölkənin silahlı qüvvələrinin və müdafiə sənayesinin gücləndirilməsinə yönəldəcək. Bu isə Polşanın müdafiə məqsədilə kredit götürməsinə ehtiyac yaratmayacaq.
Polşa prezidenti Almaniya kanslerini və Almaniya xalqını reparasiya məsələsini birdəfəlik həll etməyə çağırıb.
Qeyd edək ki, Varşava daha əvvəl də İkinci Dünya müharibəsi zamanı ölkəyə vurulan zərərə görə Berlindən dəfələrlə təzminat tələb edib. Almaniya isə reparasiya məsələsinin hüquqi baxımdan artıq bağlandığını bildirir.
Müəllif: Adəm
-
Sosial19:36"Naxçıvan Aqroservis"in sədri həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz











.jpg)























